"Fənərbağça"nın 8 futbolçusu Türkiyə Superkuboku oyununda meydana çıxmayacaq
Far.Az xəbər saytı

"Fənərbağça"nın 8 futbolçusu Türkiyə Superkuboku oyununda meydana çıxmayacaq


"Fənərbağça"nın 8 futbolçusu Türkiyə Superkubokunun yarımfinalında "Samsunspor"a qarşı keçirəcəkləri oyunu buraxacaq.

"Far.Az" yerli mətbuata istinadən xəbər verir ki, komandadan ayrılacağı gözlənilən İrfan Can Eğribayatla yanaşı, zədəli oyunçular Nelson Semedo, Edson Alvares, Arçi Braun və Anderson Talişka Adanaya aparılmayıb.

Fred cəzalı olduğu üçün meydana çıxa bilməyəcək. Afrika Millətlər Kubokunda iştirak edən malili oyunçu Dorjeles Nene və mərakeşli Yussef En-Nesiri də heyətdə yer almayıb.

Qeyd edək ki, "Fənərbağça" - "Samsunspor" qarşılaşması yanvarın 6-da Yeni Adana Stadionunda, Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Cütün qalibi yanvarın 10-da Atatürk Olimpiya Stadionunda "Qalatasaray" - "Trabzonspor" duelinin güclüsü ilə görüşəcək. Həmin matç bu gün, saat 21:30-da start götürəcək.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR
Bu ərazilərdə torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər