Süni intellekt məsələsinə görə Britaniyada X platforması ilə bağlı araşdırma aparılır
Far.Az xəbər saytı

Süni intellekt məsələsinə görə Britaniyada X platforması ilə bağlı araşdırma aparılır


Böyük Britaniyanın media və kommunikasiya tənzimləyicisi "Ofcom" İlon Maskın sahibi olduğu X sosial şəbəkəsi ilə təcili əlaqə saxladığını bildirib.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səbəb platformanın süni intellekt alətinin razılıq olmadan qadınların, o cümlədən Uels Şahzadəsinin yarıçılpaq təsvirlərini yaratması ilə bağlı məlumatlardır.

Tənzimləyici qurum X-in Böyük Britaniyanın onlayn təhlükəsizlik qanunvericiliyinə əməl edib-etmədiyini araşdırdığını və qısa müddətdə rəsmi istintaqın başlanıb-başlanmaması ilə bağlı qərar veriləcəyini açıqlayıb. Məlumata görə, X platformasında fəaliyyət göstərən "Grok" adlı süni intellekt çat-botu Uels Şahzadəsi Ketrinin mövcud fotoları əsasında onun bikini geyimində realistik təsvirlərini yaradıb. Bildirilir ki, ən azı dörd halda çat-bot mövcud şəkilləri təkrar işləyərək yeni təsvirlər formalaşdırıb. Son günlərdə süni intellektin təsviryaratma funksiyasının qadınlar və uşaqların yarıçılpaq və ya cinsi xarakterli pozalarda minlərlə görüntüsünü istehsal etdiyi, bəzi hallarda isə bu cür şəkillərin dəqiqələr ərzində yaradıldığı bildirilir.

Böyük Britaniyada qüvvədə olan onlayn təhlükəsizlik qaydaları rəqəmsal platformalardan istifadəçiləri zərərli və qanunsuz məzmundan qorumağı tələb edir. "Ofcom"un mümkün istintaqı X platforması üçün ciddi hüquqi nəticələr yarada bilər.

Oxşar xəbərlər

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər