Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 48 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 48 %-ə yaxın artıb


Ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

"Report"un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü illə müqayisədə 47,5 % çoxdur.

Təkcə ötən ay isə 86 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 24,6 % çoxdur.

2024-cü ildə dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.12.2025)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər