Ağdamda avtonom radiomonitorinq stansiyası istismara verilib
Far.Az xəbər saytı

Ağdamda avtonom radiomonitorinq stansiyası istismara verilib


Ağdam şəhərində yeni avtonom radiomonitorinq stansiyası istismara verilib.

"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi məlumat yayıb.

Bildirilir ki, günəş enerjisi ilə işləyən stansiya müasir SDR ( proqram əsaslı radioqəbuledici) texnologiyası və proqram təminatı əsasında fəaliyyət göstərməklə Ağdam şəhəri və ətraf ərazilərdə yerli və kənar radioyayımlara, eləcə də radiotezlik spektrinə məsafədən, real vaxt rejimində 24/7 nəzarət imkanı yaradır.

Qeyd edilir ki, bu, ötən il ərzində quraşdırılan beşinci stansiyadır. Ümumilikdə isə ölkə ərazisində 16 radiomonitorinq stansiyası istifadəyə verilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər