Yekaterina Barionçik: "Sea Breeze" kurort layihəsi çərçivəsindən kənara çıxır
Far.Az xəbər saytı

Yekaterina Barionçik: "Sea Breeze" kurort layihəsi çərçivəsindən kənara çıxır


Azərbaycanda "Sea Breeze" artıq kurort layihəsi çərçivəsindən kənara çıxır və nəzərdə tutulan əhalisi təxminən 400 min nəfər olan tammiqyaslı sahilyanı şəhər kimi inkişaf edir.

"Far.Az" xəbər verir ki, bu barədə "StepCity" şirkətinin master-planlaşdırma departamentinin rəhbəri Yekaterina Barionçik WUF13 çərçivəsində bildirib.

Onun sözlərinə görə, layihənin ərazisi təxmini 2 min hektar təşkil edir, bu da klassik kurortun deyil, tamhüquqlu şəhərin miqyası ilə müqayisə oluna bilər.

"Təxmini 2 min hektar artıq kurortun deyil, tamhüquqlu şəhərin ölçüsüdür. Buna görə də burada tamhüquqlu şəhər çərçivəsi zəruridir", - Barionçik vurğulayıb.

Şirkət nümayəndəsi bildirib ki, təxminən 728 hektar sahəsi olan ərazidə artıq tikinti işləri aparılır, əlavə olaraq demək olar ki, 1 min hektar ərazi isə yeni planlaşdırma mərhələsindədir.

O qeyd edib ki, layihə küçə şəbəkəsi, məhəllə strukturu, nəqliyyat, sosial infrastruktur, ictimai məkanlar və mühəndislik sistemləri də daxil olmaqla planlaşdırmaya kompleks yanaşma tələb edir. Layihənin əsasında polisentriklik, piyada əlçatanlığı, transit-oriented development və ekoloji dayanıqlılıq prinsipləri dayanır, - Barionçik bildirib.

Çağırışlar arasında o, infrastrukturun mövsümi olaraq həddindən artıq yüklənməsini, ictimai məkanların fraqmentasiyasını və nəqliyyat problemlərini sadalayıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər