BMT rəsmisi: Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır
Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır.
Far.Az report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mənzil bazarında boşluqların aradan qaldırılması üçün araşdırmalar aparılmalı və problemlər nəzərə alınmalıdır:
"Tikinti şirkətləri iqlim şəraitini nəzərə almır və ancaq öz mənfəətlərini güdürlər. Nəticədə həmin yerlərdə işləyən insanlar əziyyət çəkir. Şirkətlər ən aşağı qiymətə evləri tikir, lakin fəsadlarından xəbərsizdirlər".
BMT rəsmisi qeyd edib ki, burada əsas problem maliyyə məsələsidir.
"Tikintidə dayanıqlı olmayan tikinti materiallarından istifadə edilir. Bahalı və keyfiyyətli ləvazimatlardan istifadə edilmir. Siyasi sferada da bu mənada boşluqlar var. Nəzarət zəifdir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Cəbrayıl Xanlarov: Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə müzakirələr aparılır
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Umayra Tağıyeva: "2036-cı ildə Azərbaycan Yerli Ətraf Mühit Gününə ev sahibliyi edəcək"













