"Azərlotereya"da yeni təyinat
"Azərlotereya" ASC-də kadr dəyişikliyi olub. Şirkətin Marketinq üzrə yeni baş rəhbəri Nuranə Teymurova təyin edililib.
O, bundan öncə "PAŞA Sığorta" ASC-də Rəqəmsal və pərakəndə biznes blokunun rəhbəri vəzifəsində çalışıb, 2015-2020-ci illər şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, eləcə də Dövlət Neft Fondu və "Azercell Telekom" MMC-də müxtəlif vəzifələr üzrə fəaliyyət göstərib.
Kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəm verən "Azərlotereya" Türkiyə şirkətinə idarəetməyə verildikdən sonra əməkdaşlarının sayı 4 dəfədən çox artırılaraq 49-dan 225-ə qaldırılıb.
Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında "Azərlotereya" yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri də işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilmiş "Azərlotereya"da rəqabətli insan kapitalının formalaşdırılması əsas məqsədlərdən biridir.
"Azərlotereya" üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin "Scientific Games", "Demirören Holding" və digər xarici partnyorların təqdim etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritik biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması üçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata keçirir.
"Azərlotereya"da işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













