Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan usta saxlanılıb
Far.Az xəbər saytı

Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan usta saxlanılıb


Qaradağ rayonunda yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanılıb.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus "Kamaz" markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha iki yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanılıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər