163 nömrəli avtobus TÜSTÜLƏDİ - Sərnişinlər üçün ehtiyat avtobus göndərildi
Far.Az xəbər saytı

163 nömrəli avtobus TÜSTÜLƏDİ - Sərnişinlər üçün ehtiyat avtobus göndərildi


Paytaxtda avtobuslardan biri alışma təhlükəsi ilə üzləşib.

Far.Az xəbər verir ki, hadisə 163 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobuslardan birində qeydə alınıb.

Həmin vaxt sərnişinlər də avtobusda olub.

Yaşanan hadisə ilə bağlı "BakuBus" MMC-in mətbuat katibi Əsmər Əliyeva ilə əlaqə saxladıq.

Qurum rəsmisi Far.Az-ə açıqlamasında faktı təsdiqləyib və sərnişinlər üçün əlavə ehtiyat avtobusu göndərildiyini bildirib:

"Bu gün saat 11:25 radələrində "BakuBus" MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobuslardan birində nasazlıq qeydə alınıb. Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində soyutma mayesinin sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub. Baş vermiş halın yanğın hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib".

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər