"AzərEnerji" "ACWA Power" ilə "Xızı-Abşeron" KES-in enerjisistemə qoşulmasını müzakirə edib
Far.Az xəbər saytı

"AzərEnerji" "ACWA Power" ilə "Xızı-Abşeron" KES-in enerjisistemə qoşulmasını müzakirə edib


"AzərEnerji" ASC və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının enerjisistemə qoşulması barədə fikir mübadiləsi aparılıb.

"Report" "AzərEnerji"yə istinadən xəbər verir ki, fikir mübadiləsi səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev və "ACWA Power"in İdarə Heyətinin sədri Mohammad Abunayyan arasında keçirilən görüşdə baş tutub.

Bildirilib ki, görüş zamanı iki şirkət arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

Bərpa olunan enerji mənbələrinin inkişafı, həmin güclərin enerjisistemə təhlükəsiz inteqrasiyası, enerjinin idarə edilməsi, batareya saxlanc sistemləri də daxil olmaqla yeni texnologiyaların tətbiqi görüş zamanı geniş müzakirə olunub.

Oxşar xəbərlər

Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Azərbaycanda Energetiklər Günü qeyd olunur
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər