Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb
Far.Az xəbər saytı

Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb


Füzuli və Cəbrayıl rayonları ərazisində yanğınlar qeydə alınıb.

"Far.Az"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində kolluq sahədə başlayıb.

Yanğın daha sonra genişlənərək Füzuli rayonunun Mirzənağılılar və Qazaxlar kəndi ərazilərinə də yayılıb. Yerli sakinlərin verdiyi məlumata görə, yanğın genişlənərək Araz çayı boyunca olan sərhəd əraziyə yayılıb.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki, Cəbrayıl rayonunun Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən briqadası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər