Vnukovo hava limanında azərbaycanlılar çıxılmaz vəziyyətdə qalıblar
Far.Az xəbər saytı

Vnukovo hava limanında azərbaycanlılar çıxılmaz vəziyyətdə qalıblar


Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşlarını gözləyən azərbaycanlılar çıxılmaz vəziyyətdə qalıblar.

Bu barədə aeroportda qalan soydaşlarımız BAKU.WS-in "qaynar xətti"nə bildiriblər. Onların sözlərinə görə, təyyarə reysləri ləğv olunub. Aldıqları biletləri isə geri qaytarmırlar.

"Bizə deyirlər ki, aldığınız biletlər batır. Bizim pulumuzu da qaytarmırlar. Deyirlər yenidən bilet almalısınız. Xahiş edirik bizə köməklik edilsin. Çıxılmaz vəziyyətdə qalmışıq", - deyə soydaşlarımız bildirib.

Oxşar xəbərlər

"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın məhdudlaşıdırılıb
"Sədərək"dəki yanğın baş verən ərazidən SON GÖRÜNTÜLƏR
"Sədərək"dəki yanğın yenidən şiddətləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər