"Mançester Siti" Antuan Semenyonun transferini açıqlayıb
İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Bornmut"dan Antuan Semenyonu transfer etdiyini rəsmən açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 5 il yarımlıq müqavilə imzalanıb. Qanalı vinger 2031-ci ilin yayına qədər "şəhərlilər"in heyətində çıxış edəcək.
Artıq Xosep Qvardiolanın sərəncamında olan futbolçu gələn həftənin çərşənbə axşamı "Nyukasl"a qarşı keçiriləcək Liqa Kubokunun yarımfinal mərhələsinin ilk oyununda debüt edə bilər.
Qeyd edək ki, karyerası ərzində "Bristol Siti", "Bat Siti", "Nyuport Kaunti" və "Sanderlend" kimi klublarda çıxış etmiş A.Semenyo, 2022/2023 mövsümündə "Bornmut"a keçib. O, Premyer Liqa təmsilçisinin heyətində 110 oyunda meydana çıxıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Mançester Siti" Antuan Semenyonun transferini rəsmiləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













