Azim Abbasov: "Pul kütləsindəki artım həmişə iqtisadi inkişafı təmin etmir"
Azərbaycanda ÜDM-in formalaşmasında monetar amillər – xüsusilə pul kütləsinin həcmi, bank kreditləri və maliyyə resurslarının real sektora yönəldilməsi mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azim Abasov müəllifi olduğu və "Audit" jurnalında dərc edilən elmi tədqiqatda bildirib.
Onun fikrincə, pul kütləsinin artımı hər zaman iqtisadi artımı təmin etmir və düzgün tənzimlənmədikdə inflyasiya risklərini artıra bilər: "Pul təklifi real sektorun istehsal imkanları ilə uzlaşdırılmadıqda, maliyyə resursları əsasən istehlak və idxala yönəlir ki, bu da qiymət artımını sürətləndirir, əhalinin real gəlirlərini azaldır və iqtisadi artım tempini zəiflədir".
Məqalədə bank sektorunun iqtisadiyyatda artan rolu da təhlil edilib. Qeyd olunub ki, kredit resurslarının istehsal və investisiya yönümlü sahələrə istiqamətləndirilməsi ÜDM-in artımını stimullaşdırır, istehlak yönümlü kreditləşmənin genişlənməsi isə makroiqtisadi sabitlik üçün risk yarada bilər.
Müəllifin fikrincə, monetar siyasətin fiskal siyasətlə uzlaşdırılması, pul kütləsinin optimal səviyyədə saxlanılması və kredit mexanizmlərinin real sektorun ehtiyaclarına uyğun qurulması davamlı iqtisadi artım üçün əsas şərtlərdir.
Araşdırmanın nəticələrinə əsasən, balanslaşdırılmış monetar siyasət inflyasiyanın cilovlanmasına, maliyyə sabitliyinin qorunmasına və uzunmüddətli iqtisadi artımın təmin olunmasına töhfə verə bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













