Azərbaycan İraqa qızıl ixracını artıra bilər
Far.Az xəbər saytı

Azərbaycan İraqa qızıl ixracını artıra bilər


Azərbaycanın İraqa qızıl ixracını artırması üçün potensial var.

"Far.Az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.

"İraqdan bir neçə böyük qızıl istehsalçısı və idxalçısı Azərbaycana səfər edəcəklər və bu kimi məsələlər müzakirə olunacaq", - deyə o qeyd edib.

"Bu ilin yanvarında AZPROMO və şirkətlərimiz İraqda keçirilmiş beynəlxalq ticarət sərgisində iştirak ediblərş Azərbaycanın su istehsalçısı müqavilə bağlayıb, İraqa ixraca başlayıb. Bu, çox uğurlu göstəricidir və bu ənənəni davam etdirmək istəyirik", - deyə AZPROMO rəsmisi əlavə edib.

O həmçinin əlavə edib ki, bu gün yaradılmış Azərbaycan-İraq Biznes Şurası iki ölkə arasında biznes əlaqələrini təşviq etməklə ticarət dövriyyəsinin artırılmasına çalışacaq, şirkətlərin çətinliklərini dövlətlərə çatdıracaq.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
AZPROMO: Pakistana yaxın gələcəkdə ixrac missiyası təşkil olunacaq
İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
Azərbaycan İraqla maliyyə sektorunda əlaqələri daha da genişləndirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər