Balotelli Ərəbistan liqasında sonuncu olan komandada oynayacaq
Far.Az xəbər saytı

Balotelli Ərəbistan liqasında sonuncu olan komandada oynayacaq


İtaliyalı hücumçu Mario Balotelli karyerasını Yaxın Şərqdə davam etdirəcək.

"Far.Az"un jurnalist Canluka Di Marzioya istinadən verdiyi məlumata görə, təcrübəli hücumçu Dubayın "Al-İttifaq" klubuna keçməyə razılıq verib.

35 yaşlı futbolçu 2025-ci ilin iyul ayında "Cenoa"dan ayrıldıqdan sonra komandasız qalıb. Bir neçə aylıq fasilədən sonra Balotelli hazırda ölkənin ikinci ən güclü divizionu olan Səudiyyə Ərəbistanı Premyer Liqasının sonuncu pilləsində qərarlaşan "Al-İttifaq"la iki il yarımlıq müqavilə imzalayıb.

Keçidin 12 yanvarda baş tutacağı gözlənilir. Qeyd edək ki, 2025-ci ilin payızında vəzifəyə başlayan yeni klub prezidenti Pietro Latertsa Balotelli ilə ilk transfer qərarını verib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
KİV: Balotelli karyerasını BƏƏ-nin ikinci divizionunda davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər