Pezeşkian: İran hökuməti xalqın səsini dinləməyə və islahatlara hazırdır
Far.Az xəbər saytı

Pezeşkian: İran hökuməti xalqın səsini dinləməyə və islahatlara hazırdır


İran Prezidenti Məsud Pezeşkian hökumətin vətəndaşların səsinə açıq olduğunu və ölkədə zəruri islahatların aparılmasına hazır olduqlarını bəyan edib.

Far.Az report-a istinadən xəbər verir ki, Pezeşkian bu fikirləri xalqa ünvanlanan televiziya müraciəti zamanı səsləndirib. Prezident bildirib ki, İran hakimiyyəti qanuni etirazlarla iğtişaşları bir-birindən ayırır və konstruktiv tələblərin nəzərə alınması üçün addımlar atmağa hazırdır.

Onun sözlərinə görə, hökumət iqtisadi islahatları davam etdirmək niyyətindədir və vətəndaşların tələblərini açıq şəkildə ifadə etməsini dəstəkləyir. Pezeşkian iranlıları etirazların dinc xarakterini qorumağa, eyni zamanda iğtişaşların təşkilatçılarına etirazların mahiyyətini təhrif etməyə imkan verməməyə çağırıb.

Prezident vurğulayıb ki, etirazçılar əsasən ağırlaşan iqtisadi vəziyyətlə bağlı narazılıqlarını bildirirlər və onların bazarlara zərər vurmadığını, yaxud cinayət əməlləri törətmədiyini iddia edib. Bununla yanaşı, Pezeşkian ölkədə baş verən iğtişaşların ABŞ və İsrail tərəfindən təşkil olunduğunu, xarici qüvvələrin öz agentlərinə vəziyyəti sabitliyi pozmaq üçün göstəriş verdiyini bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər