"Bavariya" Bundesliqanın 16-cı turunda "Volfsburq"u darmadağın edib
Far.Az xəbər saytı

"Bavariya" Bundesliqanın 16-cı turunda "Volfsburq"u darmadağın edib


Münhenin "Bavariya" klubu futbol üzrə Almaniya çempionatının 16-cı turunun oyununda "Volfsburq" üzərində böyükhesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, Münhendə keçirilən görüş meydan sahiblərinin 8:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Maykl Olise dubl edib, Luis Dias, Rafael Gerreyru, Harri Keyn və Leon Qoretzka hərəyə bir qol vurublar. "Canavarlar"ın müdafiəçiləri Kilian Fişer və Moritts Yents isə avtoqolla yadda qalıblar. Qonaqların təsəlli qolunu Cenan Peyçinoviç vurub.

"Bavariya" 44 xal toplayaraq Bundesliqada liderlik edir və ikinci pillədə qərarlaşan Dortmund "Borussiya"sını 11 xal qabaqlayır. "Volfsburq" (15 xal) turnir cədvəlinin 14-cü sırasındadır.

Növbəti turda Vensan Kompaninin komandası səfərdə "Köln"lə qarşılaşacaq, "canavarlar" isə "Sankt-Pauli"ni qəbul edəcəklər. Hər iki matç yanvarın 14-də keçiriləcək.

Oxşar xəbərlər

"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Harri Keyn Bundesliqada rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər