Muxtar Babayev: Bəzi ölkələr Azərbaycanın uğurlarını qəbul etmək, ədalətli dəyərləndirmək istəmir
Bəzi ölkələr Azərbaycanın gücünü, iqtisadi uğurlarını qəbul etmək istəmir, onu ədalətli dəyərləndirməkdən imtina edir.
“Far.Az” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində söyləyib.
“Azərbaycan böyük nailiyyətlər əldə edib. Ərazi bütövlüyünün bərpası, iqtisadi uğurlar, beynəlxalq arenadakı güclü mövqelər. Bəzi ölkələr bunu qəbul etmirlər, bunu ədalətli dəyərləndirmək onlar üçün çətindir. Lakin biz onu (qarayaxma kampaniyası – red.) gözləyirdik. Bunun üçün də media komandası yaradıldı. Media komandasına çox ciddi mütəxəssislər dəvət olundu. Həm ölkə daxilində, həm də ölkə xaricində gördüyümüz işlərin, apardığımız proqramların təbliğ olunmasına şərait yaradıldı. Bu peşəkar komanda sayəsində bu il elə bir həftə olmayıb ki, biz beynəlxalq mediaya məlumat, açıqlama verməyək”, – o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycana skeptik yanaşan agentliklər indi artıq Bakıya və COP29 komandasına tamamilə fərqli yanaşırlar: “Başa düşürlər, ölkəmizin gücünü görürlər”.
Oxşar xəbərlər
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib
Nazir: İqlim dəyişmələri Azərbaycanın kənd təsərrüfatına ciddi təsir göstərir
BMT rəsmisi: Azərbaycanın COP29-a hazırlaşmaq üçün məhdud vaxtı olub, lakin peşəkar şəkildə irəliləyiş əldə edilib - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













