“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası olacaq
Sentyabrın 25-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmə və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin cari ilin III rübü ərzində icra vəziyyəti barədə məlumat veriləcək, elektroenergetika sektorunda tənzimləyicinin funksiyasını və səlahiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası”nın (Handbook) təqdimatı olacaq. Həmçinin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sahibkarların məlumatlandırılması məqsədilə müzakirələr aparılacaq.
İclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Komissiyanın internet portalının () “onlayn müraciət” () bölməsi vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.
Oxşar xəbərlər
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib
Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













