Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18 sentyabr - Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Birinci Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
"Report" xəbər verir ki, mərasimdə xalq artisti, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq artisti Mənsum İbrahimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsindən, onun musiqi sahəsinə verdiyi töhfələrdən danışıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışı zamanı Ü.Hacıbəylinin təkbaşına məktəb yaratdığını və onun daim fəxrlə yad ediləcəyini bildirib:
"Bizim bu gün musiqi sahəsindəki bütün uğurlarımız Üzeyir bəylə əlaqəlidir".
Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.
Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Birinci Fəxri xiyabanda mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.
Foto: Samirə Həsənova
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Mehriban Əliyevanın doğum günüdür
Müslüm Maqomayevin məzarı ziyarət edilib
Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - FOTO
Maestro Niyazinin məzarı ziyarət edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?













