"Sabah"ın tarixinə düşən futbolçu: "Komandadan ayrılmaq istəmirdim"
Far.Az xəbər saytı

"Sabah"ın tarixinə düşən futbolçu: "Komandadan ayrılmaq istəmirdim"


Bosniya və Herseqovinadan olan futbolçu Boyan Letiç "Sabah" klubundan ayrılmaq istəməyib.

33 yaşlı müdafiəçi bu barədə "Far.Az"a açıqlama verib.

O, Bakı təmsilçisi ilə yollarını ayırması ilə bağlı fikirlərini bölüşüb:

"Əslində bu sual kluba ünvanlanmalıdır. Çünki mən ümumiyyətlə komandadan ayrılmaq istəmirdim. Lakin zədələndim. Uzun müddət yaşıl meydanlardan kənarda qalacağımı biləndən sonra məni qeydiyyata salmayacaqlarını bildirdilər".

Komandanın avrokuboklardakı ilk qolunun müəllifi kimi tarixə düşən B.Letiç bəzi təkliflərin olduğunu da söyləyib:

"Amma hələlik bunlar məni qane etmir. Ümid edirəm ki, tezliklə məni razı salan təklif alacağam".

2022-ci ildən "Sabah"da çıxış edən müdafiəçi Azərbaycandakı karyerasından razı qaldığını sözlərinə əlavə edib:

"Orada olduğum müddətdə əldə etdiyimiz nəticələrə və komandaya kömək etdiyimə görə şadam. Bu, mənim üçün yaxşı dövr idi. Hər zaman xoş xatirələrlə xatırlayacağam".

Qeyd edək ki, "Sabah" yanvarın 5-də Boyan Letiçlə vidalaşdığını açıqlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər