Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satış davam etdirilir
Əmanətlərin Sığortalanması Fondunun yaratdığı Elektron Auksion Portalı (auction.adif.az) vasitəsilə ləğv prosesində olan bankların balansında mövcud daşınar əmlakların satışı davam etdirilir.
Portal açıq, şəffaf və rəqabətli satış mexanizmi təqdim etməklə həm fiziki, həm də hüquqi şəxslər üçün əlçatan alış mühiti yaradır.
Satışa çıxarılan məhsullar əsasən bank avadanlıqları, ofis mebelləri, məişət texnikası və informasiya texnologiyaları sahəsinə aid avadanlıqlardan ibarətdir. Məhsullar həm ayrı-ayrı vahidlər üzrə, həm də lot şəklində təqdim olunur.
Platformada qeydiyyatdan keçmiş istifadəçilər auksionlarda iştirak etməklə yanaşı, müəyyən edilmiş qaydalara uyğun olaraq məhsulları birbaşa satın ala bilirlər. Elektron auksionun şərtləri və prosedurları portalda aydın və əlçatan formada yerləşdirilib.
Elektron Auksion Portalı alıcılara günün 24 saatı, həftənin 7 günü istənilən məkandan, evdən və ya ofisdən auksionlarda iştirak imkanı yaradır. Bu, satış prosesinin daha çevik və operativ həyata keçirilməsini təmin edir.
Portal şəffaflıq, etibarlılıq və bərabər rəqabət prinsiplərinə əsaslanır və real bazar dəyərinə uyğun qiymət formalaşmasına şərait yaradır.
Əmanətlərin Sığortalanması Fondu maraqlı şəxsləri Elektron Auksion Portalına daxil olaraq aktiv satış elanları ilə tanış olmağa dəvət edir.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+994) 941
auction.adif.az
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













