Masallıda Respublika Toxumçularının II Forumu keçiriləcək
Far.Az xəbər saytı

Masallıda Respublika Toxumçularının II Forumu keçiriləcək


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin və "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabrın 20-də Masallı rayonunda Respublika Toxumçularının II Forumu keçiriləcək.

Bunu "Far.Az"a açıqlamasında Assosiasiyanın sədri Mədinə Əliyeva bildirib.

Onun sözlərinə görə, tədbirin məqsədi toxumçuluğu elmi əsaslarla inkişaf etdirmək, toxumçuluq sisteminə dövlət nəzarəti, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən faydalanmaq, toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də özəl toxumçuluğun inkişaf perspektivləri və bu sahədə yeni innovativ texnologiyaların tətbiqini təşviq etməkdir.

Mədinə Əliyeva
Mədinə Əliyeva

Forumda toxumçuluğun inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılacaq.

M.Əliyeva əlavə edib ki, payız əkini öncəsi fermerlərin yüksək keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir: "Gələcək bol məhsulun əsası torpağa səpilən keyfiyyətli, yüksək reproduksiyalı toxumla qoyulur".

Oxşar xəbərlər

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
Ağsu və Zərdabda növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
Mehriban Əliyevanın doğum günüdür
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər