Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması müzakirə edilib
Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması imkanları müzakirə edilib.
Far.Az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsində paylaşım edib.
"İsrailə səfərin növbəti günü ölkənin aqrar-sənaye sektorunda aparıcı mövqeyə malik bir sıra strateji əhəmiyyətli müəssisələrə baş çəkdik. Səfər zamanı üç kibbuts icmasına məxsus, illik istehsal gücü 12 000 ton süd olan ferma təsərrüfatına, habelə İsrailin ən böyük süni mayalanma mərkəzinə (SION) və ölkə əhalisinin əhəmiyyətli hissəsini süd məhsulları ilə təmin edən müasir süd emalı müəssisəsinə səfər etdik.
Səfər zamanı qeyd olunan müəssisələrin fəaliyyət modeli, istehsal və idarəetmə mexanizmləri, yüksək məhsuldarlığın təmin edilməsində tətbiq edilən innovativ texnologiyalar, genetik seleksiya və heyvandarlıqda rəqəmsal həllər barədə ətraflı məlumat təqdim edilib. Görüşlər çərçivəsində tərəflər arasında ən yaxşı beynəlxalq təcrübələrin bölüşülməsi, Azərbaycanda birgə süni mayalanma mərkəzinin yaradılması imkanları, eləcə də bu sahədə texniki bilik və mütəxəssis potensialının inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Bununla yanaşı, süd emalı sənayesində dövlət dəstəyi mexanizmləri, investisiya təşviqləri və tənzimləyici çərçivə haqqında ətraflı fikir mübadiləsi aparılıb. Səfərin aqrar sahədə məhsuldarlığın artırılması, rəqabətqabiliyyətli istehsalın təşkili və Azərbaycan-İsrail əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm rol oynayacağına inanıram", - paylaşımda qeyd olunub.
İsrailə səfərin növbəti günü ölkənin #aqrar-#sənaye sektorunda aparıcı mövqeyə malik bir sıra strateji əhəmiyyətli müəssisələrə baş çəkdik. Səfər zamanı 3 Kibbutz icmasına məxsus, illik istehsal gücü 12,000 ton süd olan #ferma təsərrüfatına, habelə İsrailin ən böyük #süni… pic.twitter.com/cf7bPwR3U3
— Məcnun Məmmədov (@MajnunMammadov) January 14, 2026
Oxşar xəbərlər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













