Azad edilmiş torpaqlarda yenidən dirçələn təhsilin simvolu: Füzulidə orta məktəbdən REPORTAJ
Far.Az xəbər saytı

Azad edilmiş torpaqlarda yenidən dirçələn təhsilin simvolu: Füzulidə orta məktəbdən REPORTAJ


Baku TV Füzulidə Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəbdən reportaj hazırlayıb.

Hazırda məktəbdə 644 şagird təhsil alır, 39 müəllim isə pedaqoji fəaliyyət göstərir.

Qeyd edək ki, "Böyük Qayıdış" Proqramı çərçivəsində gələcəkdə həm şagirdlərin, həm də müəllimlərin sayının artması gözlənilir. Məktəbin bu günə qədər ümumilikdə 30-dan çox məzunu olub. Onların böyük əksəriyyəti ali təhsil müəssisələrinə qəbul olunub.

Məktəbin direktoru Həcər Mahmudova bildirib ki, bu təhsil ocağı azad edilmiş torpaqlarda yenidən dirçələn təhsilin simvoludur: "Biz də burada yetişən gənclərin milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda yüksək akademik biliklərə malik olmaları üçün var gücümüzlə çalışırıq. Son 3 il ərzində kollektivimiz müəyyən uğurlara imza atıb. Məzunlarımız ali məktəblərə qəbul olunub, eyni zamanda müxtəlif fənlər üzrə bilik müsabiqələri və yarışlarda qalib olublar".

Məktəbin şagirdi Zəhra Xudiyeva isə doğma yurda qayıtmağın sevincini bölüşüb: "Mən buraya qayıtdığıma görə çox xoşbəxtəm. Bu məktəbdəki şərait digəri ilə müqayisədə daha yaxşıdır. Çünki burada laboratoriyalar, fizika və biologiya otaqları daha maraqlıdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər