50 minə yaxın müəllim MİQ əsasında müddətsiz əmək müqaviləsi ilə işlə təmin olunub - RƏSMİ
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə (MİQ) ilk dəfə iştirak edən şəxslər üçün ödənişsiz, təkrar iştirak etmək istəyənlər üçün isə ödənişli olacaq.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər MİQ müsabiqəsində təkrar iştirak etdiyi halda, bu ödənişdən azaddırlar.
"Dəyişikliyin aparılmasında məqsəd MİQ müsabiqəsinin dayanıqlılığının təmin edilməsi, iştirakçıların məsuliyyətinin artırılması və büdcə vəsaitlərindən daha səmərəli istifadə olunmasıdır. Eyni zamanda Qanuna edilən dəyişiklik sosial ədalətlilik prinsipi qorunmaqla müəllim seçiminin keyfiyyətinin yüksəldilməsinə, təkrar və məqsədsiz müraciətləri azaltmaqla resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsinə xidmət edir. Xərclərin optimallaşdırılması baxımından effektiv alət kimi qiymətləndirilən bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur.
Son on ildə təxminən 50 min nəfərə yaxın namizəd MİQ əsasında müddətsiz əmək müqaviləsi ilə işlə təmin olunub", - deyə Elm və Təhsil Nazirliyindən bildirilib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













