Tovuzda da 4 nəfər zəhərləndi
Far.Az xəbər saytı

Tovuzda da 4 nəfər zəhərləndi


Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü S.Həsənov, 1989-cu il təvəllüdlü E.Həsənov, 1960-cı il təvəllüdlü G.İbrahimova və A.Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslərdən S.Həsənov və A.Həsənova Bakı şəhərindən Tovuza qonaq gediblərmiş.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər