41 yaşlı futbolçu "Portu"nun tarixinə düşüb
Far.Az xəbər saytı

41 yaşlı futbolçu "Portu"nun tarixinə düşüb


Tyaqo Silva "Portu"nun (Portuqaliya) tarixinə klubun heyətində meydana çıxan ən yaşlı futbolçu kimi düşüb.

"Report" xəbər verir ki, bu, Portuqaliya Kubokunun 1/4 final mərhələsində "Portu"nun doğma meydanda "Benfika"nı qəbul etdiyi oyunda baş verib.

Qarşılaşma "əjdahalar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb və nəticədə "Benfika" turnirdən kənarlaşdırılıb.

Sözügedən matç braziliyalı müdafiəçi üçün "Portu" forması ilə debüt oyunu olub. 41 yaş 3 aylığında meydana çıxan Silva ilk görüşündə etibarlı çıxışı ilə yadda qalıb və komandasının qapısını toxunulmaz saxlamaqda mühüm rol oynayıb.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər