Şəmkirdə avtomobil betona çırpıldı: Yaralananlar var
Far.Az xəbər saytı

Şəmkirdə avtomobil betona çırpıldı: Yaralananlar var


Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində hərəkətdə olan VAZ-21011 markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və yol kənarındakı beton maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.

Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəliblər. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər xilasedicilər tərəfindən çıxarılıb.

Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Oxşar xəbərlər

Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər