NTD-nin baş məşqçisi: "Sona qədər mübarizə apardıq"
NTD basketbol klubu Azərbaycan Basketbol Liqasının XIII turunda "Abşeron Lions"la matçda sona qədər mübarizə aparıb.
"Far.Az" xəbər verir ki, bu barədə baş məşqçi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, komandada əsas problemin hələ də həll edilmədiyini vurğulayıb:
"Yaxşı oyun keçirdik, lakin yaxşı oyuna görə qələbə verilmir. Hələ də əsas problemi həll edə bilmirik, baxmayaraq ki, bunun üzərində çox çalışırıq. Biz ribaundlarda uduzuruq. Bu gün müdafiədə rəqibə 16 ribaund verdik, özümüz isə cəmi 6 ribaund götürdük. Bu isə ikinci şans xallarıdır. Oyunu 7 xal fərqi ilə uduzduq. Biz 12 dəfə səhv etdik, rəqib isə 5 dəfə. Belə statistikaya baxmayaraq, sonadək mübarizə apardıq. Bu da onu göstərir ki, komandanın yaxşı potensialı var və daha artığına qadirdir. Qarşıda bizi iki vacib oyun gözləyir – səfərdə 'Şəki'yə qarşı və evdə 'Gəncə' ilə. Biz artıq qalib gəlməyə borcluyuq. Hamı bizdən qələbə gözləyir".
Qeyd edək ki, "Abşeron Lions" - "NTD" matçı 100:93 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
NTD-nin baş məşqçisi: "Mövsümün qalan hissəsində uğurlu çıxış etməyə çalışacağıq"
Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi
"Abşeron Lions"un baş məşqçisi: "Mövsümün ən pis oyununu keçirdik"
Azərbaycan Basketbol Liqasında bu gün XIII tura yekun vurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
-
Komitədə iclas keçirildi - Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu
-
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb
-
KİV: ABŞ İranla ölkənin mineral ehtiyatlarına çıxışını müzakirə edə bilər
-
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
-
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır - EKSKLÜZİV













