Türkiyə XİN Suriyadakı atəşkəslə bağlı bəyanat yayıb
Ümid edirik ki, Suriyada atəşkəs və tam inteqrasiya sazişi ərazi bütövlüyü və birliyə əsaslanan sabitliyə doğru səyləri effektiv şəkildə irəlilədəcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Suriyada əldə edilən atəşkəslə bağlı bəyanatında deyilir.
"Ümid edirik ki, Suriyanın gələcəyi terrorizm və bölünmədə deyil, birlik və inteqrasiyadadır. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən bu gün (18 yanvar) elan edilən atəşkəs və tam inteqrasiya sazişinin Suriyanın ərazi bütövlüyü və birliyi əsasında ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olması səylərini sürətlə və effektiv şəkildə irəli aparmasını arzulayırıq.
Hesab edirik ki, razılaşma Suriya xalqının, eləcə də bütün regionun, xüsusən də Suriyanın qonşularının təhlükəsizliyinə və sülhünə töhfə verəcək. Suriyada 8 dekabr 2024-cü ildə başlayan və ölkənin firavan gələcəyə çatması üçün müstəsna fürsət təşkil edən yeni dövr hazırda kritik mərhələdədir.
Yerdəki reallıqları anlayaraq, ümid edirik ki, Suriyadakı bütün qruplar və fərdlər ölkənin gələcəyinin terrorizm və bölünmədə deyil, birlik, həmrəylik və inteqrasiyada olduğunu tam şəkildə anlayacaqlar. Türkiyə, xalqın razılığına əsaslanan inklüziv və birləşdirici yanaşma ilə həyata keçirilən Suriya hökumətinin terrorizmə qarşı mübarizə səylərini və yenidənqurma təşəbbüslərini dəstəkləməyə davam edəcək", - deyə bəyanatda bildirilib.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.05.2026)
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb - YENİLƏNİB
-
Metroda YENİLİK! Boş vaqonları öncədən GÖRƏCƏKSİNİZ
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.05.2026)
-
Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı
-
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi













