İraqla Pakistan Hörmüz vasitəsilə neft və MTQ tədarükü üzrə İranla sazişlər imzalayıb
Far.Az xəbər saytı

İraqla Pakistan Hörmüz vasitəsilə neft və MTQ tədarükü üzrə İranla sazişlər imzalayıb


İraq və Pakistan İranla Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qazın (MTQ) daşınması üzrə sazişlər bağlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Bağdad və Tehran arasındakı sazişin çərçivəsində İraq 4 milyon barel neft daşıyan iki supertankerin boğazdan təhlükəsiz keçidini təmin edib.

"Hazırda İraq əlavə tranzitlər üçün İranın razılığını almaq üzərində işləyir", - mənbələr vurğulayıb.

"Analoji qaydada, İslamabad və Tehran arasında ayrıca ikitərəfli sazişin çərçivəsində Qətər MTQ-si ilə dolu iki tanker Pakistana istiqamətlənib", - "Reuters"a iki mənbədən bildirilib.

Vurğulanıb ki, İraq və Pakistan tranzitlərlə əlaqədar İrana, yaxud İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) birbaşa ödənişlər həyata keçirməyib. Agentliyin məlumatına görə, Qətər ikitərəfli sazişlərə birbaşa cəlb olunmayıb, lakin hakimiyyət orqanları Pakistana yüklərin göndərilməsindən əvvəl ABŞ-ni məlumatlandırıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər