Seymur Mərdəliyev Ukrayna Prezident Ofisinin rəhbəri ilə ikitərəfli əlaqələri müzakirə edib
Far.Az xəbər saytı

Seymur Mərdəliyev Ukrayna Prezident Ofisinin rəhbəri ilə ikitərəfli əlaqələri müzakirə edib


Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu ölkənin Prezident Ofisinin rəhbəri Sergey Kislitsa ilə görüşüb.

Ukrayna Prezidentinin Ofisindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin sonlarında Azərbaycana səfəri və liderlərin bu həftəki telefon danışığı zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi müzakirə edilib.

Müzakirə çərçivəsində Ukrayna ilə Azərbaycan arasında dialoq və əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib, siyasi məsləhətləşmələrin keçirilməsi, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işi, eləcə də enerji sektorunda qarşılıqlı fəaliyyətə toxunulub.

S.Kislitsa Ukraynanım Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksək səviyyədə təmsil olunacağını qeyd edib:

"Bu, urbanizasiyaya həsr olunmuş beynəlxalq tədbirdir. Onun iştirakçıları urbanizasiyanın yüksək tempi və onun icmalara, şəhərlərə, iqtisadiyyata, iqlim dəyişikliyinə və dövlət siyasətinə təsiri ilə bağlı problemlərin həlli yollarını axtarırlar".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər