Naxçıvanda xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkarlanıb
Far.Az xəbər saytı

Naxçıvanda xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkarlanıb


Naxçıvanda xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkar edilib.

"Far.Az"un yerli bürosunun məlumatına görə, Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitə aşkar edərək qanunsuz dövriyyədən çıxarıb.

"Culfa" gömrük postunda ölkədən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr" yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilib.

Oxşar xəbərlər

"Culfa" gömrük postunda 63 kiloqram narkotik vasitə aşkarlanıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər