Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN GÖRÜNTÜ
Far.Az xəbər saytı

Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN GÖRÜNTÜ


Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) maşinistləri 2025-ci ildə qatar qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama ediblər.

Far.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Təəssüf ki, hər dəfə qəzadan qaçmaq mümkün olmayıb:

- 18 dəfə toqquşma qaçılmaz olub;

- 10 nəfər ağır xəsarət alıb;

- 8 nəfər həyatını itirib.

"Unutmayın, qatarı dərhal saxlamaq fiziki olaraq qeyri-mümkündür və bunun üçün böyük məsafəyə ehtiyac var!

Dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən keçmək, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək mütləqdir!

ADY üçün təhlükəsizlik prioritetdir. Bu məqsədlə davamlı olaraq sosial mediada maarifləndirmə kampaniyaları təşkil edilir, dəmir yolu ətrafında yerləşən məktəblərdə bununla bağlı xüsusi təlimlər keçilir", - deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ADY: Ötən il maşinistlər qatar qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər