"Yüksəliş" müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub
Far.Az xəbər saytı

"Yüksəliş" müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub


Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlının Mentorluq Proqramı çərçivəsində "AzerGold" QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) ilə tanışlıq səfəri təşkil edilib.

Səfər zamanı müsabiqə qalibləri "Çovdar" qızıl mədənində hasilat prosesi, ÇİRES-də qiymətli metalların emalı prosesləri ilə yaxından tanış olublar. Onlara ənənəvi Topa Qələviləşdirmə (HLP – Heap Leach Pad) üsulu ilə yanaşı, müasir Çəndə Qələviləşdirmə (CIL – Carbon in Leach) texnologiyası əsasında fəaliyyət göstərən zavodda yaradılmış əmək şəraiti və istehsal imkanları barədə ətraflı məlumat verilib.

Eyni zamanda. Aslan Həsənli və Rüfət Məmmədxanlı "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə ÇİRES-də keçirilən əməliyyat iclasına da qatılıblar. İclas zamanı iştirakçılar şirkətin fəaliyyət göstərdiyi regionlarda həyata keçirdiyi layihələr, mövcud daxili nəzarət sistemləri, eləcə də istehsalat sahələrində effektiv iş mexanizmlərinin qurulması ilə bağlı məsələlər üzrə məlumat əldə ediblər.

Səfər Mentorluq Proqramı çərçivəsində müsabiqə qaliblərinin dağ-mədən sənayesində həyata keçirilən istehsal və idarəetmə prosesləri ilə tanış olması, həmçinin praktiki bilik və təcrübələrinin genişləndirilməsi baxımından faydalı olub.

Oxşar xəbərlər

Dövlət Məşğulluq Agentliyinin sədri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində olub
Ağdərənin Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq
DMA sədri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində olub - FOTO
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər