Quldurluq və oğurluq edənlər SAXLANILDI
Far.Az xəbər saytı

Quldurluq və oğurluq edənlər SAXLANILDI


Paytaxtın Nizami rayonunda 54 yaşlı şəxsə qarşı quldurluq edilib. Zərərçəkən polisə müraciət edərək bir neçə gün əvvəl iki nəfər naməlum şəxsin onu kəsici alətlə hədələyərək gödəkçəsində olan pul vəsaitini ələ keçirdiklərini bildirib.

Far.Az xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı Cabir Ələkbərov və 34 yaşlı Nazir İsmayılov müəyyən edilərək saxlanılıblar.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlərlə isə rayon ərazisindəki market və ticarət mərkəzlərinin birindən mobil telefon, eləcə də qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 37 yaşlı İxtiyar Nəbiyev və daha iki şəxs saxlanılıb.

Bundan başqa Nizami rayonunda polis əməkdaşları kuryerlik edən şəxslərin motosikletlərini oğurlamaqda şübhəli bilinən Elvin İmanov və Samir Hüseynovu da saxlayıblar.

Qeyd edək ki, hadisələrin hər biri təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycanda qan banklarının siyahısı yenilənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər