"Qarabağ"ın baş məşqçisi: "Elvin bu gün ən intizamlı oyununu göstərdi"
Far.Az xəbər saytı

"Qarabağ"ın baş məşqçisi: "Elvin bu gün ən intizamlı oyununu göstərdi"


"Son vaxtlar Elvini çox sıxırdım, danlayırdım".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda oynanılan "Qarabağ" - "Ayntraxt Frankfurt" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, bu gün Elvin ən intizamlı oyununu nümayiş etdirdi:

"Qoldan sonra Elvin Cəfərquliyevin mənə nə dediyini eşitmədim. Yəqin, nəsə pıçıldayıb. Bu gün bəlkə də ən intizamlı oyununu oynadı. Təcrübəli futbolçu kimi gördüm onu. Hücuma cəsarətlə çıxır, hər hücumda iştirak edir. Demişdim ki, gücünü düzgün bölüşdürsün. Bu gün də cinah oyunçularının üzərinə böyük iş düşürdü".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:2 "Qarabağ"ın qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt"a son dəqiqədə vurduğu qolla qalib gəlib - YENİLƏNİB-6
UEFA Çempionlar Liqası: "Şkendiya"nı darmadağın edən "Qarabağ" pley-off-a adladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər