Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq
Far.Az xəbər saytı

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq


Sabah Biləsuvar şəhərinin bir hissəsinə qazın verilişi dayandırılacaq .

"Far.Az"un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhəri T.İsmayılov küçəsində quraşdırılmış qaz tənzimləyicisinin şəhərin Təyyarə Meydanı ərazisində quraşdırılmış QSQO-800 tipli qaz tənzimləyicisi ilə yeri dəyişdiriləcək.

Bu məqsədilə aparılacaq işlərlə əlaqədar şəhərin S.Vurğun, B.Abbasov, A.M.Hüseyn, Ş.Qurbanov, Xəqani, Nizami və M.İbrahimov küçələrinin bir hissəsində, həmçinin Təyyarə Meydanı adlanan yaşayış massivində yerləşən abonentlər daxil olmaqla, ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatının yanvarın 23-də saat 14:00-dan etibarən işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər