İndoneziyada dünyanın ən qədim qayaüstü rəsmləri aşkar edilib
Far.Az xəbər saytı

İndoneziyada dünyanın ən qədim qayaüstü rəsmləri aşkar edilib


İndoneziyada aparılan arxeoloji tədqiqatlar zamanı indiyədək məlum olan ən qədim qayaüstü rəsmlərdən biri tapılıb. Alimlər Sulavesi adasının sahilində yerləşən Lianq Metanduno mağarasında yaşı təxminən 67 min 800 il olan əl trafaretini aşkarlayıblar.

BAKU.WS xəbər verir ki, araşdırmaçılar bildiriblər ki, bu tapıntı qayaüstü sənətin indiyə qədər məlum olan ən erkən nümunələrindən min illərlə daha qədimdir. Avstraliyanın Qriffit Universitetinin alimi Maksim Obertin sözlərinə görə, kəşf gözlənilməz deyil, əksinə, indiyədək lazımi diqqət yetirilməmiş dərin mədəni ənənənin mövcudluğunu üzə çıxarır.

Mütəxəssislər qeyd ediblər ki, əvvəllər mağara rəsmlərinin yaşını dəqiq müəyyən etmək çətin idi. Lakin texnologiyanın inkişafı boya üzərində yaranmış kalsit qatının yaşını ölçməyə imkan verib. Alimlər uranın toriuma çevrilmə sürətini analiz edərək həmin mineral qatın 67 min 800 il yaşı olduğunu müəyyən ediblər.

Bu fakt isə onu göstərir ki, qayaüstü sənət nümunəsinin özü daha da qədim ola bilər. Kəşf insanlığın erkən dövrlərdə sənət və simvolik düşüncə qabiliyyətinə malik olduğunu bir daha sübut edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər