Masazırda yanğında ölən qadının oğlu: "Anam 31 il əvvəl metroda baş verən hadisədə yanıq xəsarəti almışdı, heç kimi tanımırdı"
Far.Az xəbər saytı

Masazırda yanğında ölən qadının oğlu: "Anam 31 il əvvəl metroda baş verən hadisədə yanıq xəsarəti almışdı, heç kimi tanımırdı"


"Evə qayıdanda gördüm ki, hər şey yanıb kül olub".

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, bunu Abşeron rayonunun Masazır qəsəbəsində yanğın zamanı həyatını itirən Nigar Eminbəylinin oğlu Danyel İqnatyeviç bildirib:

"Təxminən saat 15 idi, mən evə qayıtdım. Artıq çox gec idi. Evdən tüstü çıxırdı, hər şey kül olmuşdu. Mən xəstəxanaya getmək üçün evdən çıxmışdım. Anamın travması var idi. O, 31 il öncə metroda baş verən yanğında xəsarət almışdı. Yaddaşını itirmişdi, heç kimi tanımırdı".

Qeyd edək ki, Nigar Eminbəyli 1995-ci il oktyabrın 28-də Bakı metrosunda, "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında baş verən yanğında xəsarət alıb.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dünən restoranda həyatını itirən Cavidan Muradlı dəfn olundu
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Övladlarını gənc yaşda itirən məşhurlar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər