Gürcüstan Azərbaycandan pomidor alışını 3 dəfə artırıb
Ötən il Gürcüstan Azərbaycandan 1,2milyon ABŞ dolları dəyərində 1 min 677 ton pomidor (təzə və ya soyudulmuş) idxal edib.
"Far.Az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,9 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana pomidor tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 19,3 milyon ABŞ dolları dəyərində 26 min 956 ton pomidor alıb ki, bu da bir il əvvəlki göstəricidən müvafiq olaraq 12 % və 0,02 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 17,7 milyon ABŞ dolları dəyərində 24 min 748 ton, Türkmənistandan 222 min ABŞ dolları dəyərində 262 ton, İrandan 143 min ABŞ dolları dəyərində 213 ton, Niderlanddan 32 min ABŞ dolları dəyərində 10 ton pomidor idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 17,1 milyon ABŞ dolları dəyərində 26 min 950 ton pomidor alıb ki, bunun da 384,2 min ABŞ dolları dəyərində 563 tonu Azərbaycanın payına düşüb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













