"TikTok"da deputatları və icra başçılarını söyən şəxs HƏBS OLUNDU
"TikTok" sosial şəbəkəsində millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazan şəxs həbs olunub.
Far.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Göyçay rayonunda anadan olmuş T.S. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs "TikTok"da "TeymurSalahov023" istifadəçi adı ilə millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazıb.
Məhkəmənin hökmü ilə T.S. 10 gün inzibati həbs olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra icra başçılarını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













