Elvin Cəfərquliyev: "UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasına düşdüyüm üçün qürur duyuram"
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunun rəmzi komandasına düşdüyü üçün qürur duyur.
Müdafiəçi bu barədə "Far.Az"a açıqlama verib.
Azərbaycan millisinin üzvü rəmzi "11-liy"ə seçilməsi ilə bağlı fikirlərini bölüşüb:
"Bütün komanda yoldaşlarıma, məşqçilər heyətinə, klubuma təşəkkür edirəm. Mənə çox dəstək oldular. UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasına düşmüşənsə, burada çox insanın mənə dəstəyi, köməyi olub. Onların da əziyyəti danılmazdır. Hamısına təşəkkür edirəm. Təbrik edənlərə də minnətdaram. Həftənin rəmzi heyətinə düşdüyüm üçün çox qürurluyam. Əlimdən gələni edəcəyəm ki, yenidən həmin heyətdə olum".
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin VII turunun oyununda Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunu məğlub edib.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt"a son dəqiqədə vurduğu qolla qalib gəlib - YENİLƏNİB-6
Çempionlar Liqası: "Qarabağ" - "Ayntraxt" oyununda daha 2 qol vurulub - YENİLƏNİR-5
Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt"a qalib gəldi
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













