Kəmalə Müzəffər: "Müayinəsiz həkimlər 3 dəfə yanağımı kəsib tikdilər"
Əməkdar artist Kəmalə Müzəffər "Həftənin qonağı" verilişində qonaq olub.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, aktrisa illər əvvəl üzündə yaranan problemdən söz açıb:
"Üzümdə problem var idi. Qrim edəndə çalışırdıq ki, onu örtək. Əvvəllər bilmirdim ki, bu nədir, elə düşünürdüm adi yaradır. Sonra verilişlərin birində qonaq olarkən mövzu törəmələr idi. Reklam fasiləsinə çıxanda oradakı həkimlərdən birindən soruşdum ki, məndə də belə bir şey var.
Həkim dedi ki, mən də fikir vermişəm, xoşuma gəlmir, makiyajsız yanıma gəlin, baxaq. Onun bu sözü mənə çox təsir etdi. O soruşdu ki, bunu neçə dəfə kəsdirmisiniz? Cavab verdim ki, üç dəfə. Artıq yanağım demək olar ki, çökmüşdü. Heç bir həkim də onu əkmirdi ki, bilək nədir. Müayinəsiz şəkildə cərrahlar kəsib tikirdilər. Son əməliyyatım zamanı bəlli oldu ki, bu, bazalomadır və artıq sağlam dəri toxumalarını birləşdirərək əməliyyat olundum. Bunun nə olduğunu bilən anda qorxdum. Haqqında oxudum, sonra bir qədər sakitləşdim.
Bir aktrisanın yanağında belə bir şeyin olması... Bu, mənim karyeramın bitməsi demək idi. Həyat üçün təhlükəsi olmadığı üçün o qədər də qorxmurdum, amma böyüyüb bütün üzümü əhatə edə bilərdi. Bu isə o demək idi ki, mən heç vaxt kamera önünə çıxa bilməyəcəkdim. Bu da mənim üçün son olardı".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı
-
Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya...













