Parlamentin təntənəli açılışının olduğu, bayrağın qəbul edildiyi tarixi binadan REPORTAJ
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina 1898-1901-ci illərdə tanınmış milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən Qızlar məktəbi kimi inşa etdirilib.
Far.Az PhotoStock.az-a istinadən xəbər verir ki, binanın layihə müəllifi 1892-1904-cü illərdə Bakının baş memarı olmuş İosif Qoslavskidir.
Orta əsrlər Şərq memarlığının ən gözəl elementlərini özündə birləşdirən bu binada 1915-ci ilin sentyabrından etibarən pedaqoji kurslar fəaliyyətə başlasa da, iki il sonra yaranmış iqtisadi çətinliklər səbəbindən fəaliyyət dayandırılıb.
1918-ci il dekabrın 7-də Tağıyevin Qızlar məktəbinin binasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılış mərasimi keçirilib. Elə həmin il Cümhuriyyətin ilk dövlət bayrağı da məhz bu binada qəbul edilib.
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Ali Soveti uzun müddət bu binada fəaliyyət göstərib. 1920-1937-ci illərdə görkəmli mütəfəkkir, şair-dramaturq Hüseyn Cavid binanın üçüncü mərtəbəsində yaşayıb.
1982-ci ildən etibarən isə bina Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun istifadəsinə verilib.
Tağıyevin Qızlar məktəbinin yerləşdiyi Əlyazmalar İnstitutundan fotoreportajı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Roman Abramoviç Bakıya gəlib
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb













