ADB Azərbaycanın iştirakı ilə sərhəd keçid məntəqələrində modernləşdirməyə 50 milyon dollar ayıracaq
Far.Az xəbər saytı

ADB Azərbaycanın iştirakı ilə sərhəd keçid məntəqələrində modernləşdirməyə 50 milyon dollar ayıracaq


Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın tranzit və sərhəd infrastrukturunun inkişafı üzrə əsas iştirakçılarından və liderlərindən biri olduğu "İnteqrasiya, logistika və inkişaf üçün sərhəd məntəqələrinin modernləşdirilməsi" adlı regional layihəyə kredit ayırmaq imkanını nəzərdən keçirir.

"Report" ADB-yə istinadən xəbər verir ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.

Azərbaycanın gömrük prosedurlarının rəqəmsallaşdırılması, sərhəd məntəqələrinin modernləşdirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsindəki təcrübəsi layihədə iştirak edən digər ölkələr üçün model kimi nəzərdən keçirilir.

Layihənin ümumi dəyəri 50 milyon ABŞ dollarıdır, maliyyələşdirmənin ADB-nin kapital resursları hesabına həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, layihə konsepsiyasının təsdiqlənməsi 2027-ci il noyabrın 26-na, kreditin təsdiqi isə 2028-ci ilə planlaşdırılıb.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyard ABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.

ADB 1966-cı ildə yaradılıb və mənzil qərargahı Manilada yerləşir. Bank 50-si Asiya-Sakit Okean regionu dövlətləri olmaqla 69 səhmdar ölkəni birləşdirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər