Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Bakıda beton sahəsinə həsr olunmuş beynəlxalq "ICCX Academy Baku" konfransı və sərgisi keçiriləcək. 29 yanvarda JW Marriott Absheron Baku Hotel-də təşkil olunacaq tədbirə Norm şirkəti ev sahibliyi edəcək. Bu platforma vasitəsilə Norm ölkənin inşaat sənayesinin peşəkarlarını bir araya gətirərək, yerli və beynəlxalq təcrübələrin qarşılıqlı paylaşılması üçün mühit yaradacaq.
Müasir beton texnologiyaları və inşaat sahəsindəki qabaqcıl trendləri ön plana çıxaran tədbirin gündəliyinə bir çox əhəmiyyətli mövzular daxil edilib. Konfransda Azərbaycanın inşaat sənayesinin gələcəyində innovasiyaların və dayanıqlı inkişafın rolu, əsas inşaat materialı kimi betonun əhəmiyyəti, eləcə də müasir beton istehsalında tətbiq olunan yanaşmalar və praktik həllərdən danışılacaq. Eyni zamanda, Avropa və Şərq ölkələrinin qabaqcıl təcrübələri bölüşülərək regional və beynəlxalq baxış bucaqları bir araya gətiriləcək. Konfransla yanaşı sərgi iştirakçısı olan 20-yə yaxın beynəlxalq şirkət öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim edəcək.
Zəngin bilik və təcrübələrin bölüşüldüyü "ICCX Academy Baku" beynəlxalq beton konfransı və sərgisi Azərbaycanda keçirilən və Norm şirkətinin ev sahibliyi etdiyi üçüncü belə tədbir olacaq. Bundan öncə 2019 və 2023-cü illərdə keçirilmiş tədbirlər beton və inşaat sahəsinin yerli və beynəlxalq mütəxəssislərini bir araya gətirərək, sənayedəki yeniliklərlə bağlı məlumat mübadiləsinə şərait yaratmışdı. Bu dəfə də "ICCX Academy Baku" sektorun gələcəyinə yön verən yeni ideyaların və innovativ yanaşmaların müzakirəsini dəstəkləyən peşəkar dialoq platforması rolunu oynayacaq.
"Norm" 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













