Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib
Far.Az xəbər saytı

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib


Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib.

"Far.Az" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Moldovanın yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa verdiyi, 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Firuz Farxodoviç Rustamov və Çinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək barəsində beynəlxalq axtarış elan edilmiş, 1974-cü il təvəllüdlü ölkə vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkədə müəyyənləşib, onların haqqında həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Moldova və Çinin həmin şəxslərin verilməsinə dair vəsatətlərinə baxılması üçün işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Onların barəsində müvafiq qərarlar qəbul edilib, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldova və Çinə təhvil veriliblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər